Rafael Leao ilə bağlı şayiələrə son qoyulduğunu, onun “Milan”la müqaviləsini yenilədiyini xəbər vermişdik.
“La Gazzetta dello Sport” 23 yaşlı hücumçu ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan yeni sözləşmənin imzalanmasıyla bağlı məlumat yaymışdı. Məlumatda gənc futbolçunun illik maaşının 7 milyon avro olacağı, onun bonus şəklində daha 2 milyon avro irəli düşə biləcəyi qeyd edilmişdi.
"Football-plus.az" xəbər verir ki, artıq Leaonun yeni satış qiyməti də məlum olub. “La Gazzetta dello Sport”un yazdığına görə, rəhbərlik portuqaliyalının sərbəst qalma məbləğini 170 milyon avro müəyyənləşdirib.
Rafael qırmızı-qara formanı 2019-cu ildən daşıyır. O, bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Leaonun qiyməti şahə qalxdı
Dünya futbolu




