Leaonun məsələsinə aydınlıq gəldi

12.05.2023 17:19 265
Dünya futbolu
Rafael Leao ilə bağlı şayiələrə son qoyulub.

"Football-plus.az" xəbər verir ki, onun məsələsinə aydınlıq gəlib.

“Milan” gənc futbolçusu ilə müqaviləni yeniləyib. “La Gazzetta dello Sport”un məlumatına görə, 23 yaşlı hücumçu ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan yeni sözləşmə imzalanıb. Futbolçunun illik maaşı 7 milyon avro olacaq. O, bonus şəklində daha 2 milyon avro irəli düşə bilər. Leao qırmızı-qara formanı 2019-cu ildən daşıyır. O, bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.