“Fənərbaxça” Jezuşa yeni müqavilə təklif edəcək

14.10.2022 16:26 358
Dünya futbolu
''Fənər'' rəhbərliyi müqavilə müddəti mövsümün sonunda bitəcək Jezuşdan çox razıdı və ona artıq indidən yeni müqavilə təklif etməyə hazırlaşır.

Bilindiyi kimi, bu yay Jezuşun istəyi ilə tərəflər birillik anlaşma əldə etmişdi. Yeni müqavilə məsələsi isə komandanın çıxışından asılı olacaqdı. ''Fənər'' hələ ki baxımlı oyunu ilə seçilir. Jezuş isə bu qısa müddətdə həm liderlik keyfiyyətləri, həm də oyunçularla ünsiyyət qurmaq bacarığı ilə camiənin böyük rəğbətini qazanmış durumdadı. Son günlərdə Braziliya mətbuatında 68 yaşlı mütəxəssislə bağlı müxtəlif şayiələr yayılıb. Ona Braziliya klublarının böyük marağı var. Hətta deyilənə görə, Jezuş Braziliya yığmasının da başına keçə bilər! Belə söz-söhbətin məşqçiyə təsir göstərməməsi üçün ''Fənər'' rəhbərliyi indidən hazırlığa başlayıb. Yanvarda Jezuşun qabağına 3 illik sərfəli bir müqavilə qoyulacaq. Bundan başqa, rəhbərlik Jezuşun istədiyi bütün oyunçuları transfer etməyə cəhd göstərəcək. Bunun üçün astronomik transfer büdcəsi ayrılacaq. Eləcə də ''altyapı''nın da tam Jezuşun nəzarətinə verilməsi gözlənilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul