Jezuşdan şok açıqlama: ''Türkiyəyə uyğunlaşa bilmirəm''

11.03.2023 23:09 266
Dünya futbolu
"Fənərbaxça"nın ünlü baş məşqçisi Jorje Jezuşla bağlı mühüm bir xəbər var.

"Football-plus.az" xəbər verir ki, superliqada pis mövsüm keçirməməsinə rəğmən lider ''Qalatasaray''dan 6 xal geridə olan ''Fənər'' ən son Avropa Liqasının 1/8 final mərhələsinin birinci oyununda ''Sevilya''ya 0:2 hesabı ilə uduzaraq işini çətinə saldı.

Bilindiyi kimi, Jezuş İstanbul nəhəngi ilə cəmi birillik müqavilə imzaladığından onun gələcək taleyi qeyri-müəyyən idi. Onunla bağlı tez-tez müxtəlif şaiyələr yaranırdı. Amma indiyə qədər ''Fənər''dən ayrılmaq ehtimalı ilə bağlı rəsmi açıqlaması olmamışdı. Təcrübəli mütəxəssis ilk dəfə susqunluğunu pozub.

Dünən Braziliya mətbuatında ''Flamenqo''nun ciddi şəkildə Jezuşu geri qaytarmaq istəməsi barədə şaiyələr peyda oldu. Portuqaliyalı çalışdırıcı bu klubda çox sevilir. Çünki yaxın keçmişdə o, ''Flamenqo'' ilə həm ölkə çempionluğunu, həm də Libertadores kubokunu qazanmışdı. Dünən ''Flamenqo'' üzrə müxbir Qabriel Reis Jezuşla söhbətləşərək onun ''Flamenqo''ya qayıtmaq perspektivini öyrənməyə çalışdı. Jezuş braziliyalı jurnalistə göndərdiyi səsli mesajda bunları dedi:

''Türkiyədə hava çox soyuq keçir. Bura uyğunlaşmaqda çətinlik çəkirəm. Açığı işlər də istədiyim kimi getmir. Amma müqaviləm mövsümün sonuna qədərdi. Ona görə də ''Flamenqo'' məni mayın sonuna qədər gözləməli olacaq. Hələlik isə hər birinizi öpürəm''.


Jezuşun bu açıqlamaları ''Fənərbaxça'' camiəsində böyük müzakirələrə səbəb oldu. Elə Portuqaliya mətbuatı da bu xəbəri manşetlərə çıxartdı. Hətta türkiyəli həmkarlarımızdan biri bu sözlərin Jezuşa aid olub-olmadığını aydınlaşdırmaq üçün onun özü ilə əlaqə saxladı. Məşqçi faktiki olaraq belə açıqlama verdiyini gizlətmədi: ''Mayın sonunda müqaviləmin müddətinin bitdiyini bütün dünya bilir''. Bu arada şaiyələrə inansaq, ''Fənər'' artıq indidən alternativ variantlar axtarmağa başlayıb.

Deyilənə görə başqan Əli Koç ''Adana Dəmirspor''un çalışdırıcısı Vinçentso Montellanı çox bəyənir. Həm baxımlı futbola üstünlük verməsi, həm də Türkiyəni yaxından tanıması üzündən Montellanı Jezuşun yerinə əsas namizəd saymaq olar.

Əli

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul