"Qəbələ" azarkeşləri isə komandalarını stadionda dəstəkləmək üçün bir neçə saatlıq yol qət etməlidi.
Klubun baş meneceri Nail Kərimov "Futbol+"ə açıqlamasında azarkeşlərin Bakıya gəlməsi üçün nəqliyyat vasitələrinin ayrılacağını demişdi.
Görəsən, hazırda vəziyyət necədi? Azarkeşlər yola düşüblər? Bunu öyrənmək üçün "Qəbələ"nin ən böyük fanklubu "Red Black Army"nin rəhbəri Nəriman Təbrizlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Klub tərəfindən ayrılan avtobuslarla 250 nəfərə yaxın azarkeş yola düşdü. Öz şəxsi avtomobilləri ilə gələnlərin sayı da az deyil. Məndə olan məlumata görə, Bakıdakı azarkeşlərlə birgə 600 nəfər tribunalarda "Qəbələ"ni dəstəkləyəcək. İnanıram ki, bu mövsüm kubok rayonumuza gələcək. Komandamıza uğurlar arzu edirəm".
KƏNAN BAHADIR





