“Neftçi” ilə “Qəbələ” iyunun 3-də ölkə kubokunun final matçına çıxacaq.
“Bakcell Arena”da baş tutacaq qarşılaşmaya maraq olduqca böyükdü.
“Qəbələ” Misli premyer-liqasında 4-cü yerdə qərarlaşaraq avrokuboklara vəsiqə qazanıb. Uğurlu mövsüm keçirən klubdan ölkə kubokun finalında da gözləntilər böyükdü. Görəsən, qəbələli tərəfdarlar sözügedən qarşılaşmaya necə hazırlaşır?
“Qəbələ”nin ən böyük fanklubu “Red Black Army”in rəhbəri Nəriman Təbriz “Football-plus.az”ın sualını belə cavablandırdı:
“Red Black Army” olaraq azı 500-600 nəfərlə komandamızı sonadək dəstəkləyəcəyik. Bizə ayrılan sektoru doldurmaq niyyətindəyik. Rəhbərlikdən də Bakıya gələ bilməyimiz üçün kömək olunacağı deyilib.
Bildiyiniz kimi, bu gün klub prezidenti Fariz Nəcəfovun ad günüdü. Komanda 2 gün sonra kuboku qazansa, həm Fariz bəyə, həm də azarkeşlərə hədiyyə olar.
Daha öncə də dediyim kimi, məğlub olsaq da, anlayışla qarşılayacağıq. Təki komanda meydanda can qoysun. Qələbə uğrunda əzmlə mübarizə apardıqlarını hiss edək”.
KƏNAN BAHADIR