"Frayburq"u Bakıda bu qədər azarkeş dəstəkləyəcək

2.11.2022 13:32 435
Avropa Liqası
Avropa Liqasının 6-cı turunda "Qarabağ"la qarşılaşacaq "Frayburq" bu gün paytaxtımıza yola düşəcək.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu Bakıda tək qalmayacaq.

Komandanı Tofiq Bəhramov stadionunda 600 azarkeş dəstəkləyəcək.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

"Frayburq" fanatlarını Azərbaycana gətirəcək təyyarə bu gün yola düşəcək.