Bu oyun “qırmızı-qaralar” üçün avrokuboklarda iştirak baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, komanda Şamaxıda qalib gəlsə, mövsümü “avrokubok zonası”nda bitirmək şansı artacaq.
Görəsən, belə vacib oyunda “Qəbələ”nin azarkeşləri 80 km məsafəni qət edərək doğma kluba dəstək olacaq? Bu sualla “qırmızı-qaralar”ın azarkeş qrupu “Red Black Army”nin təsisçilərindən biri Nəriman Təbrizlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Şamaxı” ilə oyuna ciddi hazırlaşırıq. Üzvlərimizlə iştirak edəcəyik. Hər kəsi də dəvət edirik. Amma müstəqil qrup olduğumuza görə kimisə gətirmək öhdəliyimiz yoxdu. Oyuna azarkeşlərin gəlməsi tam könüllüdü. Nə azarkeş qrupu, nə də klub rəhbərliyi heç vaxt tapşırıqla stadionu doldurmayıb. İnşallah insanların gələcəyinə ümid edirik”.
“Qəbələ”nin kapitanı Asif Məmmədov qəzetimizə verdiyi müsahibədə “Sabah”la son turun ev oyununda stadionun tam dolacağını gözlədiyini bildirib. Mahmudovun kapitanın açıqlamasına cavabı da maraqlıdı:
“Asif Məmmədov “dolacaq” deyibsə, deməli, dolacaq (gülür). “Şamaxı” ilə oyun asan görünə bilər. Lakin biz həmişə önümüzdəki matçı fikirləşmişik. Düzdü, ən vacib oyun “Sabah”la olacaq. Bu matça hətta Bakıda yaşayan üzvlərimiz də gələcək”.
ŞAİR ABDULLA

