Ölkə kubokuna azarkeş marağı bilet satışlarına necə yansıyıb? - AÇIQLAMALAR

3.06.2023 12:16 283
Ölkə kuboku / Manşet
2022/23 "futbol ili"ndə ölkə kubokunun sahibi bu gün bəlli olacaq. "Neftçi" - "Qəbələ" qarşılaşmasına saatlar qalıb.

Tarixi matçda tribunaların dolub-dolmayacağı, azarkeşlərin marağının bilet satışına necə yansıdığı da maraq doğurur. Bilindiyi kimi, PFL hər kluba 3000 bilet ayırıb.

"Football-plus.az" olaraq bununla bağlı klub rəsmilərindən məlumat aldıq.

“Neftçinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev biletlərin, demək olar ki, hamısının satıldığını bildirdi.

“Qəbələ”nin baş meneceri Nail Kərimov isə bunları dedi:

“Təxminən 1500 azarkeş gözləyirik. 1200-dən çox bilet satılıb. Satış hələ də davam edir. Stadiona gələ bilmək üçün kluba müraciət edən azarkeşlər üçün nəqliyyat vasitələri ayrılıb. İnanırıq ki, “Qəbələ”nin tərəfdarları tribunalarda sonadək komandanı dəstəkləyəcək”.


KƏNAN BAHADIR