Görəsən, Türkiyə superliqasının lideri "Qalatasaray"ın Azərbaycandakı azarkeşləri tribunalarda olacaq? Əzəli rəqiblə görüşdə “Sabah”a dəstək verəcək? Ümumiyyətlə, matç haqda nə düşünürlər?
Suallarımızı "Qalatarasay Azərbaycan" fanklubunun rəhbəri İsmayıl Heydərova ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Qalatasaray" - "Qarabağ" matçında fanklub olaraq əlimizdən gələni etmişdik. Yəqin ki, "Sabah" - "Beşiktaş" qarşılaşmasında da "Beşiktaş" azarkeşləri daha fəal olacaq. Stadiona getmək fikrimiz yoxdu. Oyunu televiziyadan izləyəcəyik. Bu matçda favotimiz "Sabah"dı".
KƏNAN BAHADIR






