"Qarabağ" - "Qalatasaray" matçına doğru: cəmi 2 min bilet

24.03.2023 15:54 551
Aktual
"Qalatasaray" - "Qarabağ" matçına cəmi 2 gün qalıb.

"Football-plus.az" xəbər verir ki, görüşə maraq olduqca böyükdü. Qarşılaşma üçün 62 min bilet satışa çıxarılıb. Son məlumata görə, onların 55 mini satılmışdı. Görəsən, satışda hələ də biler qalıb?

Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə belə cavabladı:

"Satış davam edir. Cəmi 2 bilet qalıb. Onlar da 50-100 manat dəyəri olan sektorlardadı. Digər biletlərin hamısı satılıb".


İLKİN SULTANLI