Qarşılaşmanı stadiondan canlı izləmək istəyənlər sektorlara görə 2, 3 və 10 manatından keçməlidi.
Maraqlıdı, geridə qalan günlərdə neçə bilet sahibini tapıb? Bu suala aydınlıq gətirmək üçün “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacıya müraciət etdik. Onun “Football-plus.az”a açıqlamsı belə oldu:
“Bildiyiniz kimi, bizdə adətən bilet almaq istəyənlər oyuna bir gün qalmış və ya matç günü kassaya üz tuturlar. Satışa 1853 bilet çıxarılıb. Sizlə danışdığım ana qədər təxminən 500-ə yaxın bilet satılıb. İnanırıq ki, hakimin start fitinədək bütün biletlər satılacaq”.
Bu yerdə sual yarana bilər ki, 3500 tamaşaçı tutumuna malik arena üçün niyə 1853 bilet satışa çıxarılıb? Cavab olaraq qeyd edək ki, UEFA-nın bayrağı altında keçirilən oyunlarda portativ qaydada quraşdırlılan tribunalara bilet satışı qadağan olunub. Azarkeşlər yalnız beton üzərində quraşdırılan oturacaqlarda matçı izləyə bilər.
RƏŞAD
