"Neftçi"nin şikayəti təmin edilmədi

1.06.2023 16:29 178
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin mayın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Vüqar Əliyev "Turan Tovuz"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında rəqibin rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün beş oyunluq cəzalanıb, paytaxt təmsilçisi isə 4000 manat məbləğində cərimələnib.