"Sabah"ın appelyasiya şikayəti təmin edildi

25.11.2022 14:36 384
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun apellyasiya şikayətinə baxıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

“Sabah” FK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib. AFFA İntizam Komitəsinin 03.11.2022-ci il tarixdə “Sabah” FK-nın 4000 manat məbləğində cərimə olunması barədə qəbul etdiyi qərar ləğv edilib.