"Football-plus.az" xəbər verir ki, Mbappe Milli Peşəkar Futbolçular Birliyi tərəfindən ardıcıl 4-cü dəfə bu ada layiq görülüb.
O, 2019, 2021 və 2022-də də turnirin ən yaxşı oyunçusu seçilmişdi. 2020-də isə mükafat pandemiyaya görə heç kimə verilməmişdi. Mükafatı qazanmağa Mbappenin ünlü komanda yoldaşı Lionel Messi, eləcə də ''Lill''dən Conatan David və ''Lans''dan Seko Fofana ilə Loi Openda da namizəd idi. Bu mövsüm Liqa-1-də meydana çıxdığı 33 oyunda 28 qol və 5 məhsuldar ötürmə ilə fərqlənən Mbappe mükafatı aldıqdan sonra bunları deyib:
''İlk növbədə əla və məhsuldar mövsüm keçirən ''Lans''ın üzvlərini, eləcə də Conatan Davidi təbrik edirəm. Təbii ki, Leo Messini də. O, mənə və komandaya çox yardım etdi. Klubun sıravi işçisi də daxil olmaqla bu çempionluqda əməyi keçən hər kəsə təşəkkür edirəm. Düzdü, hər zaman iddialı olmuşam. Adımı tarixə yazdırmaq və titullar qazanmaq istəmişəm. Amma hətta bu cür ambisiyalı olmağıma baxmayaraq bu yaşda bu qədər çox şey qazanacağımı gözləmirdim.
PSJ-də qalmaqla çox düzgün addım atdım. Burda xoşbəxtəm və ən azı gələn yaya, yəni müqaviləmin bitəcəyi tarixə qədər burda qalacağımı əminliklə söyləyə bilərəm''.
PSJ-də qalmaqla çox düzgün addım atdım. Burda xoşbəxtəm və ən azı gələn yaya, yəni müqaviləmin bitəcəyi tarixə qədər burda qalacağımı əminliklə söyləyə bilərəm''.



