Lionel Messi ilə Kilian Mbappenin populyarlığı yalnız futbolu əhatə etmir. “Time” jurnalı onları 2023-cü il üçün dünyanın ən nüfuzlu 100 adamı siyahısına salıb.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin hər iki forvardı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında milli komandalarını təmsil edib. Finalda Messinin çıxış etdiyi Argentina ilə Mbappenin formasını daşıdığı Fransa qarşılaşıb. Oyun Argentinanın qələbəsi ilə başa çatıb (3:3, penalti seriyası - 4:2). Messi 7 oyunda 7 qol vurmaqla dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Mbappe 7 oyunda 8 qolla turnirin bombardiri olub.
Messi bu mövsüm PSJ-nin heyətində 34 oyuna çıxıb, 19 qol vurub və 18 məhsuldar ötürmə verib. Mbappenin klubdakı göstəriciləri isə 35 oyuna, 31 qola və 8 məhsuldar ötürməyə bərabərdi.