Liqa 1-də ayın ən yaxşı oyunçusu seçildi

19.03.2023 21:51 211
Dünya futbolu
Fransa çempionatında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Kilian Mbappe qalib gəlib. PSJ-nin 24 yaşlı hücumçusu azarkeşlər arasında keçirilən sorğuda 43,3 faiz səs toplayaraq 1-ci yeri tutub. Növbəti iki yerə isə “Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo (28,9 faiz) və “Reyms”in hücumçusu Folarin Baloqun (27,8 faiz) layiq bilinib.

Mbappe fərdi mükafatı cari mövsümdə 2-ci dəfə qazanıb. O, daha əvvəl noyabr/dekabr aylarının da ən yaxşısı seçilmişdi. Kilian fevral ayında Liqa 1-də 4 qol vurub və 1 məhsuldar ötürmə edib.