Fransada mövsümün ən yaxşı futbolçusu seçildi

14.05.2022 18:31 531
Dünya futbolu
Fransa Liqa 1-də mövsümün ən yaxşı oyunçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, mövsümün ən yaxşısı adına PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

23 yaşlı forvard ardıcıl 3-cü dəfə bu mükafata layiq görülüb.

Mbappe bu mövsüm çempionatda 33 oyunda 24 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.