Rekord ilə premyer-liqaya

28.05.2023 12:21 315
Dünya futbolu
İngiltərə premyer-liqasında yeni iştirakçının adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, "Luton Taun" Çempionşipin pley-offunun finalında "Koventri Siti"ni məğlub edib - 1:1, pen. 6:5. Komanda bununla da, yüksək elitaya vəsiqə qazanıb.

"Papaqçılar" 9 il öncə Milli Liqada (5-ci divizion) çıxış edirdi. "Luton Taun" 2014-cü ildə 2-ci liqaya, 2018-ci ildə 1-ci liqaya və 2019-cu ildə Çempionşipə yüksəlib. Bu, premyer-liqa rekordudu. Belə ki, klub premyer-liqaya ən erkən vəsiqə qazanan komanda adına sahib çıxıb.