İngiltərə premyer-liqasında növbəti mövsümdən oynamaq hüququ qazanan ikinci komanda müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, çempionşipin 38-ci turundan təxirə salınan matçında “Vest Bromviç”ə 2:0 hesabı ilə qalib gələn “Şeffild Yunayted” mövsümün sonuna 2 tur qalmış 2-ci yeri özü üçün rəsmiləşdirib. “Şeffild Yunayted” “Bernli”dən sonra ən yüksək liqaya vəsiqə qazanan ikinci komanda olub.
Xatırladaq ki, şeffildlilər premyer-liqada sonuncu dəfə 2020/21 mövsümündə çıxış etmiş və 20-ci yeri tutaraq 2-ci diviziona düşmüşdülər.