Ucaboy forvard karyerasını Azərbaycanda davam etdirə bilər

25.05.2023 18:56 417
Premyer-liqa / Manşet
Bosniya və Hersoqovinadan olan futbolçu Mirsad Ramiç karyerasını Azərbaycanda davam etdirə bilər.

“Football-plus.az” xəbər verir ki, 30 yaşlı forvard Misli premyer-liqasında çıxış edən iki kluba təklif olunub. 192 sm boya malik forvard “İqman”da top qovur, premyer-liqada bu mövsüm 26 qarşılaşmada meydana çıxıb. Bu görüşlərdə 17 qol vurub, 1 məhsuldar ötürmə verib.

Futbolçunun komandası ilə müqaviləsinin müddəti iyunun 30-da bitir.

İLKİN SULTANLI