Braziliya millisinin sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər - İDDİA

27.06.2022 10:29 3 802
Premyer-liqa
Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib:

"Lava təkliflər var. O, Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır"

Son klubu Danimarka "Midtüllann"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.