"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

5.12.2022 16:53 4 639
Premyer-liqa / Manşet
"Real"ın və Rusiya millisinin sabiq üzvü Denis Çerışev karyerasını Azərbaycanda davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, premyer-liqada çıxış edən klublardan biri sol cinah yarımmüdafiəçisi ilə yaxından maraqlanır.

31 yaşlı futbolçu hazırda İtaliya B Seriyasında çıxış edən "Venetsiya"da top qovur. Rusiyalı çempionatda 10 matçda meydana çıxıb. Bu görüşlərdə 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Çerışev karyerası ərzində "Real", "Sevilya", "Vilyarreal", "Valemsiya" kimi klublarda çıxış edib.

İLKİN SULTANLI