"Şaxtyor"un futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

6.01.2023 18:58 2 453
Premyer-liqa / Manşet
Ukraynalı futbolçu Dmitriy Topalov karyerasını Azərbaycanda davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi ilə premyer-liqa klublarının 2-i yaxından maraqlanır. 24 yaşlı futbolçu hazırda "Şaxtyor"da çıxış edir. O, bu mövsüm komandasının heyətində cəmi 1 oyun keçirib.

Topalov karyerasını Azərbaycanda keçirməyə müsbət baxır. Yarımmüdafiənin mərkəzində, solunda və sağında çıxış edən futbolçu Ukraynanın bütün yaş qrupları üzrə yığmasında top qovub.

İLKİN SULTANLI