Milli komandanın oyunlarını da buraxacaq

23.05.2023 20:30 263
Dünya futbolu
Pol Poqba iyunda keçiriləcək oyunlarda Fransa millisinə kömək edə bilməyəcək.


"Football-plus.az" xəbər verir ki, “Yuventus”un  yarımmüdafiəçisinin zədəsini sağaltması üçün daha uzun müddət tələb olunur. Beləliklə, futbolçu AÇ-2024-ün Cəbəllütariq (16 iyun) və Yunanıstan (19 iyun) ilə oyunlarını buraxacaq.

Xatırladaq ki, Poqba A seriyasının 35-ci turunun “Kremoneze” ilə oyununda (2:0) zədələnib. Onun üçün bu mövsüm erkən başa çatıb.