Poqba "Yuventus"a keçməyə yaxındı

6.06.2022 14:52 518
Dünya futbolu
"Mançester Yunayted"dən ayrılan Pol Poqba "Yuventus"a keçməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Turin klubu yarımmüdafiəçiyə illik 7,5-8 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Danışıqlar artıq son mərhələyə qədəm qoyur.

Qeyd edək ki, Poqba geridə qalan mövsüm Premyer Liqada 20 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.