PSJ ilə matçda "Yuventus"a kömək edə bilməyəcək

5.09.2022 19:50 360
Dünya futbolu
"Yuventus"da ciddi itki baş verib.

Anxel Di Maria sabiq klubu PSJ-yə qarşı Çempionlar Liqası matçını buraxacaq. Argentinalı A Seriyasının 1-ci turunun “Sassuolo” ilə oyununda (3:0) zədələnib. Sentyabrın 3-də o, "Fiorentina" ilə matçda (1:1) turinlilərin əsas heyətinə qayıdıb, lakin fasilədə əvəz olunub.