• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola kralı taxtdan saldı - REPORTAJ

Çempionlar Liqası

22-05-2023, 16:0

Mançester Siti – Real 4:0 (2:0)

Mançester Siti (İngiltərə): Ederson, Uoker, Diaş, Akanci, Stounz, Rodri, B.Silva, De Bruyne (Foden, 84), Gündoğan (Mahrez, 79), Qriliş, Holann (Alvares, 90).

Real (Madrid, İspaniya): Kurtua, Karvaxal (Sebalyos, 80), Militao, Alaba, Kamavinqa (Çuameni, 80), Valverde, Kroos (Asensio, 70), Modriç (Rüdiger, 63), Rodriqo (Vaskes, 80), Benzema, Vinisius.
Qollar: B.Silva, 23 (1:0). B.Silva, 37 (2:0). Militao, 76-öz qapısına (3:0). Alvares, 90+1 (4:0).
Vərəqələr: Diaş, 50. Karvaxal, 55. Gündoğan, 62. Kamavinqa, 75. Qriliş, 90+1 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
17 may. Mançester. 52313 tamaşaçı.
İlk oyun - 1:1.

oyunun statistikası
16 (8) qapıya (“çərçivə”yə) zərbə 7 (3)
7 künc zərbəsi 3
0 ofsayd 0
16 qayda pozuntusu 14
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
61 topa sahibolma (faizlə) 39

Bu oyunu erkən final kimi də qiymətləndirmək olardı, bir il əvvəl yaranan intriqanın davamı da. Axı ötən il elə yarımfinal mərhələsində “şəhərlilər” qeyri-adi ssenari ilə keçən dueldə məhz “Real”a uduzmaqla mübarizəni dayandırmışdı. Erkən final məqamına gəlincə, rəqib kim olur-olsun, “İnter”in autsayder statusu ilə barışacağı aydın idi. Bir sözlə, Qvardiola Ançelottiyə bir il əvvəlki səhvlərindən nəticə çıxardığını, “artırdığını” göstərməliydi. Hərçənd çoxları belə hesab edir ki, kataloniyalı mütəxəssis məşqçilikdə zirvədi, bundan o yana nəyi “artırasıdı” ki?!

Oyundan əvvəl jurnalistlər Qvardiolaya ÇL-in gec mərhələlərində tətbiq etdiyi və komandasına baha başa gələn mürəkkəb taktiki sxemlərlə bağlı “növbətçi” sual ünvanlamış, o isə qeyri-adi nəsə etməyəcəyinə söz vermişdi. Doğrudan da, sözünü tutdu, start heyəti Madriddəkinin eyni idi. Yeri gəlmişkən, Qvardiola ilk oyunda heç bir dəyişikliyə əl atmamışdı. Ançelotti isə Madriddə Holannın əl-qolunu bağlayan Rüdigeri ehtiyatda saxlamaqla hər kəsi təəccübləndirdi və çox güman, oyundan sonra bu qərarına görə peşman oldu.

Bu dəfə də oyunun əvvəlindən “Real” müdafiə olunmağa üstünlük verdi. “Siti” tələsmir, tez-tez orta və uzaq məsafədən zərbələrə əl atırdı. Holann ilk dəqiqələrdə iki təhlükəli zərbə vursa da, Kurtua ənənəvi yüksək səviyyəsini göstərdi. Amma oyunun taleyini norveçli ulduz yox, Bernardo Silva həll etdi. “Real”la bir il əvvəlki yarımfinal oyununda qələbə topunun müəllifi olan portuqaliyalı bu dəfə ilk yarıda iki dəfə Kurtuanı məyus etdi. Onu da qeyd etmək lazımdı ki, “Siti”nin az qala bütün oyunçuları rəqib qapısına zərbə vurmaq yarışına girmişdi. Fasiləyə qədər 9 oyunçunun hər biri ən azı bir dəfə belçikalı qapıçının sayıqlığını yoxladı.

“Real” tanınmaz halda idi. Hətta Vinisiusun ənənəvi cinah reydləri də nəticə vermiirdi. Uoker sprinterə bənzəyən braziliyalıya asanlıqla çatırdı. “Kral klubu” yalnız Kroosun 30 metrdən zərbəsi ilə varlığını xatırlatdı – 35-ci dəqiqədə almaniyalı futbolçu tiri titrətdi.

Fasilədən sonra oyunun mənzərəsi dəyişdi. Artıq “Real” “bir nömrə” kimi oynayırdı. 73-cü dəqiqəyə qədər “Siti”nin rəqib qapısına zərbəsi yox idi. Ancaq bu o anlama gəlməsin ki, qonaqlar təşəbbüsü ələ keçirmişdi. “Siti” intizamlı müdafiə olunurdu. 2-ci hissədən uzaqbaşı Alabanın cərimə zərbəsini xatırlamaq olar ki, onun da öhdəsindən Ederson gəldi. Ancaq “Real”la oyunlarda 2:0 heç vaxt qələbəni təmin etmir və “şəhərlilər” də bunu çox gözəl anlayırdılar. Bu üzdən sona yaxın “artırdılar”. Kurtua Gündoğanın gözəl daban ötürməsindən sonra Holannın zərbəsinin qarşısını alsa da, Militaonun avtoqolu qarşısında gücsüz idi. Yalnız 3-cü qoldan sonra “Siti” sakitləşdi və “Real”a real qol vəziyyəti yaratmağa imkan verdi.

Çərşənbə gününün kralı “kral klubu” yox, “Siti” idi. Uzatma dəqiqələrində bu bir daha sübut olundu. Sonradan meydana çıxan Alvares “Real”ın qapısından 4-cü topu da keçirdi.
...Qvardiolanın “Barselona”dan ayrılmasından artıq 11 il ötür. Dahi kataloniyalının komandaları bu müddətdə yalnız bir dəfə Çempionlar Liqasının finalına qədər irəliləyib – iki il əvvəl “Siti” “Çelsi”yə uduzub. Heş şübhəsiz, Pep Messinin köməyi olmadan növbəti dəfə Avropa futbolunun zirvəsini fəth etməyə qərarlıdı. Alınacaqmı? Bu sualın cavabını iyunun 10-da İstanbulda keçiriləcək final oyunundan sonra biləcəyik. Ancaq “İnter” azarkeşlərinin indidən qorxu hissi ilə yaşaması üçün əsas var.

Faktlar
* Ançelotti ÇL-də oyun sayına görə yeni rekord müəyyənləşdirdi. İtaliyalı mütəxəssis bu turnirdə baş məşqçi kimi 191-ci oyuna çıxdı. Ançelotti MY-nin sabiq çalışdırıcısı Aleks Ferqyusonun (190) rekordunu yenilədi. Bu göstəricidə 3-cü yeri Arsen Venger (184), 4-cü yeri isə Pep Qvardiola (160) tutur.
* MS məğlubiyyətsiz oyunlar seriyasını 23-ə çatdırdı. Sonuncu dəfə fevralın 5-də “Tottenhem”ə uduzan “şəhərlilər” həmin vaxtdan bəri bütün turnirlərdə 19 qələbə qazanıb, 4 oyunda heç-heçə edib.
* MS son üç ildə 2-ci dəfə ÇL-in finalına çıxdı. “Şəhərlilər” 2021-də “Çelsi”yə 0:1 uduzub. MS ilə “İnter” rəsmi oyunda ilk dəfə üz-üzə gələcək. Buna qədər rəqiblər arasındakı ilk oyunun ÇL-in finalına təsadüf etməsinə bir dəfə rast gəlinib. Söhbət 2005-ci ildə yenə də İstanbulda “Milan”la “Liverpul” arasında keçirilən finaldan gedir. Əsas və əlavə vaxtı 3:3 bitən həmin oyunda penalti seriyasında İngiltərə klubu qalib gəlib (3:2).
* MS top-liqalarda böyükhesablı qələbələrin sayına görə liderdi. Cari mövsümdəki 21-ci belə qələbə “Real” üzərində qazanıldı. İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransada heç bir başqa klub 14-dən artıq böyükhesablı qələbə qazanmayıb.
* Qvardiola məşqçi karyerasında 3-cü dəfə “Real”ı ÇL-dən uzaqlaşdırdı. Onun çalışdırdığı “Barselona” 2011-də, “Siti” isə 2020-də artıq bunu bacarmışdı. Qvardiola Çempionlar kubokunun/Liqasının tarixinə “Real”ı üç fərqli mövsümdə sıradan çıxaran ilk çalışdırıcı kimi düşdü.
* Qvardiola 4-cü dəfə ÇL-in finalına çıxdı. Bu göstəricidə rekord Ançelottiyə məxsusdu – “Real”ın indiki çalışdırıcısı komandalarını 5 dəfə finala çıxarıb və bunların 4-də qələbə qazanıb. Xatırladaq ki, Pep “Barsa” ilə iki dəfə (2009, 2011) bu turnirdə qalib gəlib, 2021-də isə “Siti” ilə finalda uduzub.
* “Real” tarixində 5-ci dəfə qitənin əsas klub turnirində ən azı 4 top fərqi ilə uduzdu. Əvvəlki belə məğlubiyyətlər 2009 (Liverpul – 0:4), 1989 (Milan – 0:5), 1980 (Hamburq – 1:5) və 1965-ci (Benfika – 1:5) illərdə qeydə alınıb.
* Ançelotti ÇL-də heç vaxt bundan böyük hesabla uduzmayıb. “Siti” ilə oyuna qədər onun karyerasına yeganə belə məğlubiyyət “Milan”ı çalışdırarkən düşmüşdü (2004, 1/4 final, Deportivo – 0:4).
* “Real” son 14 ildə ÇL-də ən böyükhesablı məğlubiyyətini aldı. Madridlilər 4 top fərqi ilə sonuncu dəfə 2009-cu il martın 10-da uduzmuşdu. Onda 1/8 finalda “Liverpul” onları darmadağın etmişdi (4:0). “Real” bundan daha böyükhesablı məğlubiyyəti 1989-cu ildə yarımfinalda “Milan”dan alıb (0:5).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

12-05-2023, 15:0

Qalib Mançesterdə müəyyənləşəcək - REPORTAJ

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Dünya futbolu

14-04-2023, 14:0

“Mançester Siti” yarımfinala doğru böyük addım atdı – REPORTAJ

Dünya futbolu

10-05-2023, 15:0

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu

2-07-2022, 16:0

“Marca” ötən mövsümün ən yaxşılarını seçdi

Dünya futbolu

17-10-2022, 10:0

Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
Daha çox
Oxunub: 544
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 265
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə