• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” yarımfinala doğru böyük addım atdı – REPORTAJ

Dünya futbolu

14-04-2023, 14:0

Mançester Siti – Bavariya 3:0 (1:0)

Mançester Siti (İngiltərə): Ederson, Akanci, Diaş, Ake, Stounz, Rodri, B.Silva, De Bruyne (Alvares, 68), Gündoğan, Qriliş, Holann.
Bavariya (Münhen, Almaniya): Zommer, Pavar, Upamekano, De Liqt, Devis (Kanselo, 81), Qoretska, Kimmix, Koman, Musiala (Mane, 69), Sane, Qnabri (Müller, 80).

Qollar: Rodri, 27 (1:0). B.Silva, 70 (2:0). Holann, 76 (3:0).
Vərəqələr: B.Silva, 48. Devis, 49. Pavar, 88 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
11 aprel. Mançester. 52257 tamaşaçı.

oyunun statistikası
17 (9) qapıya (“çərçivə”yə) zərbə 12 (4)
8 künc zərbəsi 5
0 ofsayd 1
11 qayda pozuntusu 8
1 (0) sarı (qırmızı) vərəqə 2 (0)
46 topa sahibolma (faizlə) 54

Çempionlar Liqasının püşkü bizi əslində finala layiq olan bir qarşılaşmanı 1/4 finalda izləməyə məcbur etdi. Təbii ki, “Bavariya” ilə “Mançester Siti” turnirin favoritləri sırasında ilk “3-lüy”ə daxildi. Amma finala onlardan yalnız biri yüksələ bilər. Hər iki komanda öz çempionatında titul uğrunda mübarizə aparır. Onların rəsmi oyunlar çərçivəsində sonuncu dəfə 2014-də - ÇL-in qrupunda qarşılaşdığını da xatırladaq. Onda hər biri evdə qələbə qazanmışdı. Heyətlə bağlı itkilərə gəlincə, “Bavariya” zədəli Noyer, Ernandes, Vanner və Çupo-Motinqin, “Siti” isə Fodenin xidmətindən məhrum idi.
ÇL-in pley-offunda eksperiment etməyi xoşlayan Qvardiola ənənəyə sadiq qalmışdı. Məsələn, Akancini gözlənilmədən müdafiənin sağ cinahına keçirmişdi. Digər önəmli dəyişiklik Bernardo Silva ilə bağlı idi – cari mövsümdə nadir hallarda əsas heyətdə görünən portuqaliyalı bu dəfə hücumun sağ cinahında yer almışdı. Məhz Bernardo 27-ci dəqiqədə Rodriyə assistentlik etdi. Hərçənd bu qolda ispaniyalı futbolçunun əməyi daha böyükdü. Rodri nadir hallarda qapıya zərbə vurur, sol ayağı ilə də heç vaxt vurmur. Ancaq “Siti”nin dayaq yarımmüdafiəçisi nə düşündüsə, məhz sol ayaqla qapının uzaq yuxarı küncünü nişan aldı. Əlbəttə, güclü yağışın həm ötürmələr, həm də zərbələr zamanı sürəti artırdığını da nəzərə almaq lazımdı. “Şəhərlilər” fasiləyə 1:0 yox, 2:0 hesabı ilə də yollana bilərdi. Hələ qola qədər Zommerə, demək olar ki, qapı xəttində pressinq edən Holann az qala topu tora salacaqdı. Qoldan sonra isə Gündoğanın zərbəsinin qarşısını Zommer inanılmaz şəkildə - ayağı ilə aldı.

“Siti” haqlı olaraq fasiləyə öndə yollansa da, Tuxel də usta məşqçilərdəndi, fasilədən sonra “Bavariya”dan daha artığını gözləməyə dəyərdi. Qonaqlar həqiqətən də fəallaşdı. Güclü təzyiq altına düşən “şəhərlilər” az qala ilk dəqiqələrdə qol buraxacaqdı. Sanenin bir zərbəsi qapıdan azca aralı keçdi, digər zərbəsini Ederson dəf etsə də, Qnabri özünü topa çatdıra bilmədi. Hər halda, meydan sahibləri daha üstün idi ki, bu da son 20 dəqiqədə daha iki qolda əksini tapdı. 70-ci dəqiqədə cərimə meydançası önündə Upamekanodan topu alan Qriliş daban ötürməsi ilə hücumun əsasını qoydu. Holannın uzaq dirək önünə asmasını isə bəstəboy Silva baş zərbəsi ilə tamamladı. Hesab 2:0 olandan sonra münhenlilərin oyunun axarını dəyişməsi bir qədər də çətinləşdi. Bu iki qolla nəticələnən hücum qətiyyən MS-nin hücum ehkamlarına uyğun deyildi. Əlbəttə, Tuxel Qvardiolanın ənənəvi taktikasına qarşı hazırlaşmışdı. Ancaq Pep həmkarını aldatdı – Bernardonun qəribə mövqeyi və futbolçuların qeyri-adi hərəkətləri “Siti”ni qələbəyə daşıdı. Bu oyunda yalnız Holannın qolu çatmırdı ki, norveçli də 76-cı dəqiqədə fərqləndi. O, karyerasında 6-cı dəfə “Bavariya”nın qapısına yol tapmaqla yekun hesabı müəyyənləşdirdi. Yeri gəlmişkən, Holann indiyə qədər Almaniya nəhənginə qarşı keçirdiyi oyunların hamısında uduzmuşdu. “Siti” hətta daha böyük hesabla qalib gələ bilərdi. Alvares əlverişli imkanı qaçırdı, ardından Zommer Rodrinin tirin altına göndərdiyi zərbəni çıxardı. Əlbəttə, 3:0 da “şəhərlilər”in yarımfinala çıxmasına bəs etməlidi. Xoşbəxtlikdən bu dəfə rəqib “Real” deyil, yəni cavab görüşündə qeyri-adi dönüşün yaşanması ehtimalı azdı.

Faktlar

* Qvardiola Tuxellə duellərdə uduzduğundan iki dəfə artıq oyunda qalib gəlib. İspaniyalı mütəxəssis “şəhərlilər”in “sükanı arxasında” almaniyalı mütəxəssisin çalışdırdığı komandaları (“Çelsi” və “Bavariya”) ardıcıl üç dəfə məğlub edib, buna qədər isə eyni sayda oyunda uduzub. Qvardiola özü “Bavariya”ya rəhbərlik edəndə isə Tuxelin çalışdırdığı komandaları (Dortmund “Borussiya”sı və “Maynts-05”) 4 dəfə məğlub edib, bir oyunda heç-heçə ilə kifayətlənib.

* “Mançester Siti” qələbə seriyasını 9 oyuna çatdırdı. “Şəhərlilər” sonuncu dəfə fevralın 22-də meydandan qələbəsiz ayrılıb – həmin gün “Leyptsiq”lə ÇL oyunu 1:1 bitib. O vaxtdan bəri “şəhərlilər”in ümumi 34:3 hesablı 9 qələbəsi var.

* MS ÇL-də çıxış edən İngiltərə klubları üçün yeni rekord müəyyənləşdirdi. “Şəhərlilər”in bu turnirdə evdəki məğlubiyyətsiz oyunlar seriyası artıq 25-ə bərabərdi – 23 qələbə, 2 heç-heçə. Bu isə İngiltərə klubları üçün yeni rekorddu. Son 25 ev oyunundakı top fərqi 81:19-a bərabərdi.

* “Bavariya” son ilyarımdakı ən böyükhesablı məğlubiyyətini aldı. Münhenlilər sonuncu dəfə üç və daha artıq top fərqi ilə 2001-ci il oktyabrın 27-də uduzmuşdular – ölkə kubokunun oyununda Münhenqladbax “Borussiya”sına 0:5. ÇL-də isə “Bavariya” 2017-ci il sentyabrın 27-dən bəri böyük hesabla uduzmurdu. Həmin gün PSJ münhenliləri darmadağın etmişdi (3:0).

* “Bavariya” Qvardiola dönəmində “Etihad”da oyun vaxtının 55,4 faizində topa nəzarət edən ilk komanda oldu. 2016-dan bəri adı çəkilən mütəxəssisin çalışdırdığı “şəhərlilər”in indiyə qədər doğma arenada topa nəzarəti 44,6 faizə düşməmişdi.

* Holann İngiltərə premyer-liqasında çıxış edən oyunçular üçün bir mövsümdə qol sayına görə yeni rekord müəyyənləşdirdi. 22 yaşlı norveçli klub səviyyəsində bütün turnirlərdə qol sayını 45-ə çatdırdı. Dortmund “Borussiya”sından alınan və “Siti”də debüt mövsümünü keçirən hücumçu premyer-liqada 27 oyunda 30, ÇL-də 7 oyunda 11, Liqa kubokunda 2 oyunda 1, ölkə kubokunda 2 oyunda 3 (cəmi 39 oyunda 45) qol vurub, yalnız İngiltərə Superkubokunda fərqlənməyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

2-04-2022, 22:0

“Mançester Siti” büdcəsinə görə dünyada birincidi

Dünya futbolu

2-07-2022, 16:0

“Marca” ötən mövsümün ən yaxşılarını seçdi

Dünya futbolu

17-10-2022, 10:0

Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Dünya futbolu

24-05-2022, 09:0

De Brüyne "Mançester Siti"dəki gələcəyindən danışdı

Aktual
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Son xəbərlər
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
Daha çox
Oxunub: 602
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 269
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə