• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu

10-05-2023, 15:0

“Real” kubokun finalının aşkar favoriti sayılsa da, “Osasuna” rəqibə layiqincə müqavimət göstərdi və madridlilər əməlli-başlı əziyyət çəkdi.

Halbuki oyun elə başladı ki, çoxları favoritin tezliklə lazımi nəticəni təmin edəcəyini düşündü. Artıq 2-ci dəqiqədə sol cinahla ənənəvi reydlərindən növbətisini reallaşdıran Vinisiusun asmasından sonra Rodriqo hesabı açdı. Nominal qonaqlar çox tez özünə gəldi və Kurtua da oyuna qoşulmalı oldu. Madridlilər tez-tez ildırım sürəti ilə irəli atılır, Vinisius Monakoyalın arxada qoyurdu. Ancaq üstünlüyü möhkəmləndirmək mümkün olmadı.

Benzemanın zərbəsindən sonra Errera komandasını xilas etdi, Alaba cərimə zərbəsindən topu tirə vurdu. “Osasuna”nın da real qol imkanı var idi. Abde Kurtua ilə randevuya yollansa da, uzaq dirək önündə dayanan Karvaxal qola imkan vermədi. Fasilədən sonra pamplonalılar hesabı bərabərləşdirə bildi – 58-ci dəqiqədə Torro cərimə meydançasının qövsü üzərindən sol aşağı küncə bilyardvari zərbə vurdu. “Osasuna” azarkeşləri sevincdən çılğına dönsə də, tablodakı bərabərlik hesabı uzun müddət qorunmadı.

Yenə əsas rolu Vinisius oynadı. Onun keçidini Kroos tamamladı, səkən top Rodriqonun önünə düşdü və “Real” 2-ci dəfə önə çıxdı. Bununla belə, pamplonalılar sona qədər döyüşdü. Karvaxal epizodların birində topu az qala öz qapısına göndərəcəkdi. Son dəqiqələrdə Vinisius real qol imkanını qaçırdı, ardından Avila yaxın məsafədən Kurtuanı məyus edə bilmədi. Qələbə hesabını qoruyan “Real” “Mançester Siti” ilə oyun ərəfəsində əhval-ruhiyyəsini yaxşılaşdırdı. “Osasuna” isə klub tarixində ilk kuboku qazanmaq imkanını qaçırsa da, azarkeş danlağı eşitməyi haqq etmədi.

Final
Real – Osasuna 2:1


Real: Kurtua, Karvaxal, Militao, Alaba, Kamavinqa, Çuameni (Rüdiger, 69), Kroos (Modriç, 82), Valverde, Rodriqo (Asensio, 89), Benzema, Vinisius.

Osasuna: Errera, Penya (R.Qarsiya, 75), Aridane, D.Qarsiya, Krus, Torro (İbanyes, 86), Monkayola, Qomes (K.Qarsiya, 86), Oros, Budimir (Avila, 70), Abde (Barxa, 75).

Qollar: Rodriqo, 2 (1:0). Torro, 58 (1:1). Rodriqo, 70 (2:1).
Vərəqələr: Monkayola, 21. D.Qarsiya, 37. Militao, 41. Vinisius, 45. Kamavinqa, 75. Barxa, 84. Valverde, 89. Kurtua, 90+4. İbanyes, 90+4 – sarı.
Hakim: Xose Mariya Sançes Martines.
6 may. Sevilya. 55579 tamaşaçı.

Faktlar
* “Real”ın final oyunu üçün meydana çıxan heyətində tarixdə ilk dəfə 10 əcnəbi var idi. Ançelotti start heyətinə yalnız bir ispaniyalını – Daniel Karvaxalı salmışdı.
* “Real” 2014-cü ildən bəri ilk, tarixində isə 20-ci dəfə ölkə kubokunu qazandı. 2014-də “Barselona” 2:1 hesabıyla məğlub edilmişdi.
* 20-ci dəfə ölkə kubokunu qazanan “kral klubu” bu göstəricidə 3-cü yerdədi. “Barselona” kuboka 31, “Atletiko” isə 23 dəfə yiyələnib. “Real” tarixində 40-cı dəfə finalda oynadı. Bu göstəricidə rekord (42) “Barselona”ya məxsusdu.
* Ançelotti “Real”ın “sükanı arxasında” 10-ci titulunu qazandı. İtaliyalı mütəxəssis Madriddə keçirdiyi iki dönəmdə bir dəfə çempionluğu, iki dəfə ölkə kubokunu, bir dəfə İspaniya Superkubokunu, iki dəfə Çempionlar Liqasını, iki dəfə Avropa Superkubokunu və iki dəfə klub dünya çempionatını qazanıb. Ümumiyyətlə, Ançelotti baş məşqi kimi 26 titul qazanıb. Bunlardan 10-u “Real”ın, 8-i “Milan”ın, 3-ü “Bavariya”nın, 3-ü “Çelsi”nin, 1-i “Yuventus”un, 1-i PSJ-nin payına düşür.
* “Real” son 20 finalın 18-də qalib gəlib. Xatırladaq ki, bu statistikda finalın bir oyundan ibarət olduğu turnirlər nəzərə alınır. Madridlilər son finalların yalnız ikisində uduzub: 2018-ci ildə UEFA Superkuboku uğrunda oyunda “Atletiko”ya (2:4), bu il isə İspaniya Superkuboku uğrunda oyunda “Barselona”ya (1:3).
* “Real” tarixində 100-cü qəniməti qazandı. Bu qənimətlərin təsnifatı: 35 çempionluq, 20 ölkə kuboku, 14 Çempionlar Liqası, 12 İspaniya Superkuboku, 5 Avropa Superkuboku, 5 klub dünya çempionatı, 3 qitələrarası kubok, 2 UEFA kuboku, 2 Latın kuboku, 1 Yeva Duarte kuboku, 1 İspaniya Liqa kuboku.
* Benzema “Real”da 25-ci titulunu qazanmaqla bu göstəricidə Marseloya çatdı. Kərim karyerasındakı titulların sayını 33-ə çatdırdı. Qalan 7 tutul “Lion”un, biri isə Fransa yığmasının payına düşür. Benzema Fransa futbol tarixinin ən titullu futbolçusudu.
* “Real” heç bir başqa prezidentin vaxtında Florentino Peresin dövründəki qədər titul qazanmayıb. Peres kluba 2-ci dəfə rəhbərlik edir. Onun birinci dönəmi 2000-ci il iyulun 16-da başlayıb və 2006-cı il fevralın 27-də bitib. İkinci dönəmin əsası 2009-cu il iyunun 1-də qoyulub. Madridlilər Peres dönəmində 32 titul qazanıb. Santyaqo Bernabeu dönəmində (1943-78 aralığı) bu qədər titul əldə olunmuşdu. Milli və beynəlxalq səviyyədə 100 titul qazanan “Real”ın cari mövsümü ÇL-in qalibi kimi bitirmək şansı da qalır.
* “Real” “böyük beşlik” ölkələrində milli kuboku ən azı 20 dəfə qazanan 4-cü komandadı. Rekordçu 31 qələbə ilə “Barselona”dı. 2-ci yerdə “Atletik” (23) gedir. “Bavariya” ilə “Real” hərəyə 20 dəfə kuboku qazanıb.
* “Real” Ançelottinin rəhbərliyi altında 475 gün ərzində 6 titul qazanıb ki, bu da sürətinə görə klub tarixinin rekordudu. Don Karlo baş məşqçi postuna qayıtdığı vaxtdan (2021-in iyunu) bəri madridlilər 6 titula yiyələnib: ötən ilin yanvarında İspaniya Superkuboku, apreldə çempionluq, mayda Çempionlar Liqası, avqustda Avropa Superkuboku, bu ilin fevalında klub dünya çempionluğu, nəhayət, ötən şənbə ölkə kuboku.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Çempionlar Liqası

23-02-2023, 18:0

“Real” “Liverpul”un tarixini ləkələdi - REPORTAJ

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Dünya futbolu

7-05-2023, 13:0

''Real'': son 20 finalda 18 qələbə!

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Bu gün, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Bu gün, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Bu gün, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Bu gün, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 133
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə