"Spartak" 5 illik seriyaya son qoydu

29.09.2022 23:40 356
Dünya futbolu
Rusiya Fonbet kubokunun oyunları keçirilir.

"Spartak" "Zenit"lə qarşılaşıb. "Qırmızı-ağlar" Sankt-Peterburq təmsilçisini 3:0 hesabı ilə məğlub edib. Moskva komandası 2017-ci ilin noyabrından bəri ilk dəfə rəsmi görüşdə rəqibini üstələməyi bacarıb.

"Spartak"ın "Zenit" üzərində son qələbəsi 27 noyabr 2017-ci ildə - RPL-də 3:1 hesabı ilə olub.