• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” inanılmaz şəkildə büdrədi - REPORTAJ

Premyer-liqa / Reportaj

17-05-2023, 14:0

Ötən tur səfərdə "Qarabağ"a uduzan "qırmızı-qaralar" doğma meydanda 3 xalı hədəfləyirdi.

"Zirə"nin bir gün əvvəl "Kəpəz"lə oyunda xal itirdiyini də nəzərə alsaq, mümkün qələbə Elmar Baxşıyevin komandasının Konfrans Liqasını yolunu daha da hamarlayacaqdı. Son oyunlarda inamlı çıxışıyla göz oxşayan, hətta "Neftçi"ni darmadağın edən "Turan Tovuz" isə uğurlu seriyanı davam etdirməyi düşünürdü.

Hakimin start fitindən sonra ilk həmlə qonaqlardan gəldi. Amma Runinin cərimə meydançasına asması zamanı Pusi fərqlənə bilmədi. İsnikdən gözəl ötürmə alan Santosun fərqlənməsinə dirək mane oldu. "Boz qurd"un cavabı da gecikmədi. Piruzi müdafiçilərdən aralanan Runini gördü. Forvard gözəl hərəkətlə qapıçından da sıyrılıb boş qapını nişan almaq istəsə də, son anda Qırtımov ayaq qoyaraq qola imkan vermədi. Bir qədər sonra Məqsəd cərimə zərbəsindən hədəfə düşmədisə, İsnikin sevinməsinə qapıçı imkan vermədi. Hissənin sonlarına yaxın Pusinin zərbəsini Səlahət dəf etdi və komandalar fasiləyə qolsuz yollandı.

İkinci hissəyə "Qəbələ" fəal başladı. Asifdən ötürmə alan Santos qapını yoxlasa da, Kamal əla reaksiya göstərdi. 54-cü dəqiqədə isə Marandicinin cərimə zərbəsindən qapı önünə asmasına Sadiq ayaq qoymaqla hesabı açdı. İrəliləyən dəqiqələrdə Marandicinin zərbəsini qolkiper tutdu. Xəyalın kornerdən asması zamanı isə Şəhriyarın başla zərbəsini Səlahət dəf etdi. Meydan sahibləri tədricən təşəbbüsü ələ aldı. Bunun məntiqli nəticəsi kimi də 66-cı dəqiqədə Santosun ötürməsini Utziq dəqiq tamamladı. Qoldan sonra da meydan sahibləri hücumları davam etdirdi. 73-dəqiqədə Utziq müdafiənin arxasına hiyləgər ötürməylə Santosu “görsə” də, “sambaçı”nının zərbəsi dirəkdən qayıtdı. Növbəti epizodda Santosdan ötürmə alan İsnikin iti bucaq altından zərbəsinə əvvəlcə qapıçı reaksiya göstərdi, sonra isə dirək qola mane oldu. "Qırmızı-qaralar" imkanları boşa verəndən sonra qonaqlar yenidən fəallaşdı. Divinenin iki zərbəsi “çərçivə”yə düşmədi. Runinin də cəhdi boşa çıxdı. 5-ci uzatma dəqiqəsində isə Ayxanın kornerdən asmasına yüksələn Siyanda oyunda son nöqtəni qoydu. "Qəbələ" şok məğlubiyyətlə "Zirə" ilə xal fərqini artırmaq şansını qaçırdısa, "Turan Tovuz" ardıcıl 3-cü qələbəsini rəsmləşdirdi.

Gözdən qaçmadı
* Qəbələyə çatarkən stadiona gedən yol bağlanmışdı. Buna səbəb Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Məhəmməd Qarayevin nəşinin gətirilməsi idi.
* Matçın startından öncə "Qarabağ-2"nin vəfat edən futbolçusu Şirxan Həsənzadənin və şəhid Məhəmməd Qarayevin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* Oyunu izləyənlər arasında "Qəbələ"nin qızlardan ibarət U-17 komandası da vardı.
* 20-ci dəqiqədə Abu Akal zədələnərək meydanı xərəkdə tərk etdi.
* İlk hissə bitəndən sonra "Səbail"lə oyunda "Qəbələ"nin heyətində 100-cü matçını keçirən Murad Musayevə klubun idman direktoru Nail Kərimov üzərində “100” yazılan forma bağışladı.
* Elmar Baxşıyev Rafael Utziqi 79-cu dəqiqədə Ülvi İsgəndərovla əvəzləyərkən braziliyalı buna etiraz etdi və birbaşa paltardəyişmə otağına yollandı.
* 86-cı dəqiqədə Asif Məmmədov əzələsini dartaraq meydanı xərəkdə tərk etdi. Müayinə nəticəsində kapitanın mövsümü bitirdiyi bəlli olub.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

20-04-2023, 23:0

“Qəbələ” geridönüşlə finala bir addım yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 153
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə