Azərbaycan Basketbol Liqası: "Sabah"ın finaldakı rəqibi bəlli oldu

17.05.2023 11:34 222
İdman
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, iki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial görüş Qərb təmsilçisinin çətin qələbəsi ilə başa çatıb - 106:103. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən isə Cared Smol (21 xal, 8 ribaund) olub.

Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Komandanın həlledici oyundakı rəqibi "Sabah" kollektivi olacaq.