Azərbaycan Basketbol Liqası: NTD “Gəncə” önündə ümumi hesabı bərabərləşdirdi

10.05.2023 17:32 292
İdman
Azərbaycan Basketbol Liqasında “Gəncə” və NTD komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində pley-off mərhələsi çərçivəsində baş tutan görüşdə bu dəfə qonaq komanda qələbə qazanıb.

Rəqibini 105:76 hesabı ilə üstələyən NTD ümumi hesabı bərabərləşdirib - 1:1.

Qarşılaşmanın ən məhsuldar oyunçusu Londel Kinq olub. NTD-nin basketbolçusu 27 xal və 13 ribaundluq performans sərgiləyib.

“Gəncə”nin ən yaxşısı olan Amil Həmzəyev isə 19 xal, 4 ribaundluq göstəriciyə baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, digər cütlükdə “Sabah” “AAAF Xırdalan”a hər iki görüşdə qalib gələrək, finala yüksəlib.