• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” 19 ilə “zirzəmi”dən zirvəyə yüksəldi - YAZI

Dünya futbolu

13-05-2023, 17:0

Artıq bir neçə gündü Neapolda böyük bayram ab-havası hökm sürür.

Paytaxtımız Bakı ilə hələ SSRİ adlanan dövlətin mövcud olduğu vaxtdan qardaşlaşan şəhərin sakinləri bir-birini təbrik edir, zəfəri kafe, restoran və əyləncə mərkəzlərində qeyd edirlər. Neapolun hazırda dünyanın ən xoşbəxt şəhəri olduğunu iddia etsək, heç də böyük səhvə yol vermərik. Axı “Napoli” 33 illik həsrətə son qoyaraq tarixində 3-cü dəfə İtaliya çempionu olub!

Bu skudetto başqa aləmdi...

Futbol tarixinin ən titulli məşqçilərindən olan Fabio Kapellonun bu fikri az qala dillər əzbəridi. İndi 76 yaşında olan italiyalı mütəxəssisə görə, “Roma” ilə qazanılan skudettonu paytaxt əhli bir il qeyd edir, “Milan”ın çempionluq bayramı bir həftə çəkir, “Yuventus” çempion olandan bir gün sonra isə bosslar baş məşqçidən bundan sonra nə olacağını soruşurlar. Klubların və təmsil etdikləri şəhərlərin mentallığını yaxşı təsvir edən fikirdi. Odu ki, neapolluların bayramının nə qədər sürəcəyini təsəvvür etmək çətin deyil.

“Siz hətta nəyi görmədiyinizi təsəvvürünüzə belə gətirə bilməzsiz” - bu məşhur yazı 1987-ci ildə “Napoli” ilk dəfə çempion olandan dərhal sonra Neapolun baş qəbiristanlığının hasarı üzərində peyda olmuşdu. Yəqin ki, indi də sonradan hamının mənasını anlayacağı hansısa cümlə harasa həkk ediləcək. Yeri gəlmişkən, şəhər bələdiyyəsi hələ bir neçə ay əvvəl sakinlərdən Neapolun tarixi abidələrini və arxitekturasını qorumağa çalışmağı xahiş etmişdi. Hər halda, bu cənub şəhəri indi də böyük ölçüdə turizm məkanlarından əldə edilən qazanc hesabına yaşayır.

Qələbənin həmişə çox atası olur. Bu, çeynənmiş ifadə sayılsa da, hələ də dəqiqliyini qoruyur. Bu fikir hərdən kədərli aqibətə yol açır. Məsələn, “Spartak”ın 2017-ci ildə 16 illlk fasilədən sonra qazandığı Rusiya çempionluğunun davamı gəlmədi. Neapolun belə aqibəti yaşayıb-yaşamayacağını zaman göstərəcək. Bu dəqiqdi ki, “Napoli”nin çempionluğu yalnız bir nəfərin uğuru deyil. Bu skudetto əfsanəvi Dieqo Maradonanın dövrü ilə müqayisədə başqa aləmdi...

Xilaskar De Laurentis

Amma uğurda kimlərinsə adını çəkmək lazım gələrsə, ilk növbədə Aurelio De Laurentisi yada salmalıyıq. O, Neapolda hər şeyi dəyişən şəxsiyyətdi. 2004-cü il iyunun 22-si neapolluların mövcudluğu üçün sonuncu gün ola bilərdi. Klubun o vaxtkı prezidenti Salvatore Naldi həmin gün müflisliklə bağlı bəyanat yaymış və “Napoli”nin tezliklə səhnədən yoxa çıxacağını proqnoz vermişdi. 19 il əvvəl verilən bu acı bəyanatdan sonrakı iki ay qalmaqallar, xaos və klubun taleyinin qeyri-müəyyənliyi ilə yadda qalmışdı. Sentyabrın əvvəlində De Laurentis səhnəyə çıxdı.

Kinoprodüser “Napoli”yə 29 milyon avroya sahib çıxdı. Komanda yeni mövsümə C1 seriyasında başladı.

Həmin dövrün “Napoli”sini klub adlandırmaq çox çətindi. Ona görə ki, ortada heç nə yox idi. Nə böyük məbləğdə borca görə müsadirə olunan baza, nə oyunçular, nə də məşqçilər vardı. Mövcud olan yeganə varlıq isə şəhərin və azarkeşlərin sevgisi idi.


“Mən xoşbəxtəm, arzum həyata keçir. İndi vaxt itirmək olmaz, əla komanda yaratmaq üçün işə başlamaq lazımdı. Neapolu 5 ildən sonra Avropaya qaytarmaq istəyirəm”, - deyə De Laurentis jurnalistlərə açıqlama vermişdi. Bu, o dövr üçün çox cəsarətli vəd idi...

Amma biznesmen sözünün üstündə dura bildi, özü də vəd verdiyi müddəti də qabaqladı. “Napoli” artıq 3 ildən sonra, 2007/08 mövsümündə yenidən A seriyasında çıxış edirdi. Qayıdışdan sonra ölkə çempionatında 8-ci yeri tutan komanda İntertoto Kubokuna vəsiqə qazandı.

Cənublular çoxdan tarixə qovuşan bu turnir vasitəsilə UEFA Kubokunda (indiki Avropa Liqası) oynamaq hüququna da yiyələndilər.

Hərdən De Laurentisin tündxasiyyət və buna bənzər xarakterli olduğu qabardılır. Amma onun kifayət qədər təmkinli rəhbər olduğunu göstərən statistika var: “Napoli”də 2007/08 mövsümündən başlayaraq 8 baş məşqçi işləyib. Maraq üçün ötən 16 il ərzində “İnter”də 14, “Milan”da 11, “Roma”da isə 10 mütəxəssisin göründüyünü bildirək.

Və “Napoli” onun sahibliyi dövründə bir dəfə də maliyyə böhranı yaşamayıb (amma “İnter” və “Milan”da belə hal baş verib) və maliyyə fırıldaqçılığı ilə bağlı qalmaqala səhnə olmayıb (amma “Yuventus”da belə hal baş verib). Hə, mayın 24-də 74 yaşını tamamlayacaq boss hərdən heç kimin gözləmədiyi halda cəsarətli addım ata bilir.

Məsələn, koronavirus pandemiyasının qızğın dövrü sayılan 2020-ci ilin yayında Viktor Osimhenə görə 70 milyon avro xərcə düşüb. Halbuki həmin vaxt hətta Avropanın ən varlı klubları da belə böyük keçid üçün transfer bazarına girməyə tərəddüd edirdi. Amma bu transfer çox keçmədən özünü doğrultdu. Nigeriyalı hücumçu vurduğu qollarla skudettonun qazanılmasında böyük rol oynadı.

Qurucu Cuntoli və memar Spalletti

Klubun böyük sıçrayışında Kristian Cuntolinin də əməyi var. O, 2015-ci ildən idman direktoru vəzifəsində işləyir. Cuntoli 2015-18-ci illərdə komandanı çalışdıran Mauritsio Sarri üçün çox yaxşı heyət qura bilmişdi. Doğrudu, həmin komanda “Yuventus”un hegemonluğuna mane ola bilməmişdi. Amma hazırkı heyəti də Cuntoli təşkil edib. İndi yarımmüdafiənin aparıcı simaları sayılan Stanislav Lobotkanı “Selta”da tapan, Andre Zambo Angissanı “Fulhem”dən Neapola gətirən məhz idman direktorudu.

Veteranlar Lorentso İnsinye ilə Dris Mertensin getməsinə şərait yaradan və Kalidu Kulibalini “Çelsi”yə, Fabian Ruisi isə PSJ-yə satan da odu. Müdafiəçi Kim Min Çje ilə bəzilərinin “ikinci Maradona” hesab etdiyi Xviça Kvaratsxeliya da Cuntolinin sayəsində artıq çempion komandadadı.

Əlbəttə, yaxşı oyunçulardan uğur qazana biləcək vahid kollektiv quran baş məşqçidi. Başqa sözlə, Luçano Spalletti olmasaydı, indi uzun sürən həsrətin bitməsindən danışa bilməzdik. Yeri gəlmişkən, 64 yaşlı məşqçi də həsrətə son qoyub: o, İtaliyada ilk dəfə çempion olub! Artıq vətənində heç kim onun haqda “zero titoli” (“sıfır titul”) və ya “gəlinin heç vaxt gəlin olmayan rəfiqəsi” deyimini dilə gətirməyəcək.

İbrahimoviç və Ronaldosuz...

3-cü skudettodan danışarkən iki məşhur futbolçunu da yada salmaq olar. Amma bəribaşdan onların uğurda heç bir rol oynamadıqlarını bildirək. Zlatan İbrahimoviç 2019-cu ilin payızında Neapola gəlmək haqda ciddi düşünürmüş. Bunu özünün “Adrenalin” adını verdiyi avtobioqrafik kitabında yazıb. Ehtiraslı şəhər, coşqun publika, Maradonanın aurası və PSJ-də başçılığı altında oynadığı Karlo Ançelotti kimi amillər isveçli hücumçu üçün çox cəlbedici idi. Zlatan hətta Neapol körfəzindəki dəbdəbəli yaxtada yaşayacağına da qərar veribmiş. Lakin 2019-cu ilin noyabrında Ançelottinin istefaya göndərilməsi onu fikrindən daşındırıb və sabiq klubu “Milan”la yenidən anlaşıb. Zaman hadisələrin belə cərəyan etməsinin hər iki tərəf üçün faydalı olduğunu göstərdi: İbrahimoviç ötən, onsuz oynayan “Napoli” bu mövsüm çempion oldu.
Ötən yay isə superagent Jorje Mendeş supermüştərisi Kriştiano Ronaldonu Neapola gətirmək istəyirdi. Onda “Mançester Yunayted”i tərk etməyi düşünən ulduz futbolçu yenidən İtaliyada top qovmağın əleyhinə deyildi. Spalletti Kriştiano ilə birgə işləmək istəməyən məşqçinin mövcudluğunu bilmədiyini deməklə diplomatik açıqlama vermişdi. Amma bu söz-söhbətin səngiməsi çalışdırıcının rahat nəfəs almasına şərait yaratmışdı. Bəli, De Laurentis də müdrikliyi və təcrübəsi ilə mümkün transferə elə bir maraq göstərməmişdi. Onun indi Səudiyyə Ərəbistanında olan Ronaldoya yox, Kvaratsxeliyaya üstünlük verməklə gələcək uğur qarşısında “yaşıl işıq yandırdığını” əminliklə söyləmək mümkündü.

Nəhənglərin başı öz problemlərinə qarışıb

Kimlərsə neapolluların çempionatda rəqabətsiz mühitdə qalib olduğunu iddia edə bilər. Zarafat deyil, yeni çempion A seriyasında finişə 4 tur qalmış əsas izləyicisi “Yuventus”u 17 xal qabaqlayır. Bəli, ölkənin ən titullu üç klubu - “Yuventus”, “Milan” və “İnter” mövsümün əvvəlindən müxtəlif problemlərlə baş-başa qaldılar. Qeyri-sabit çıxışdan heç cür qurtula bilməyən klublar həddən artıq xal itirdilər. Mövsümə fırtına kimi başlayan “Napoli” isə əsasən ilk dövrədə yığdığı böyük xal ehtiyatı sayəsində finişə 5 tur qalmış tifozinin küçə və meydanlara axın etməsinə şərait yaratdı. Amma Spallettinin komandasının haqqı verilməlidi. “Napoli” 31-ci turdan sonra 78 xal yığmışdı. Cənubluların əvvəlki mövsümü 79 xalla başa vurduqlarını nəzərə alsaq, necə irəliləyişə nail olduqlarını görmək mümkündü. Bu yerdə son 5 mövsümdə 31-ci turdan sonra çempionatın liderlərinin qazandığı xala da göz gəzdirək (bütün komandalar sonda çempion olub):

2017/18 Yuventus 81
2018/19 Yuventus 84
2019/20 Yuventus 75
2020/21 İnter 75
2021/22 Milan 67

Doğrudu, “Napoli”nin göstəricisi A seriyası üçün rekord deyil. Bu liqada 9 il hegemonluq edən “Yuventus”un göstəriciləri daha üstündü. Amma Spallettinin komandası ümumilkdə mövsümboyu çempion qrafiki ilə hərəkət edir. Başqa sözlə, “Napoli” güclüdü, rəqiblər isə çox da zəif deyillər. Buna misal kimi “Milan” və “İnter”in Çempionlar Liqasında (ÇL), “Yuventus”un Avropa Liqasında yarımfinala çıxdığını göstərə bilərik.

Yeri gəlmişkən, “Napoli” məhz bu mövsüm tarixində ilk dəfə ÇL-in (Çempionlar Kubokunun) 1/4 finalına vəsiqə qazanmışdı. Cənublular bu mərhələdə iki oyunun (0:1, 1:1) nəticəsinə əsasən “Milan” səddini keçə bilməmişdilər.
Amma indi buna görə çox da məyus olmağın yeri deyil. Çempionluq gecəsindən başlayan xumarlıq vəziyyəti Neapol kimi ehtirasın coşub-daşdığı şəhərdə hələ çox sürəcək. Odu ki, bayram şadyanalığına davam!

Paylaş:
Digər xəbərlər

Maraqlı

8-04-2023, 11:0

Neapolda yeni doğulan uşağa Kvaratsxeliyanın adını verdilər!

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Dünya futbolu

14-03-2023, 17:0

''Napoli''nin koreyalısı öz oyunu ilə alqış qazanır

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə