• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?

Ölkə futbolu / Manşet

18-04-2026, 16:0

“Qarabağ” – “Sabah” duelləri artıq Azərbaycan futbolunun brendinə çevrilib. Komandalar hansı turnir çərçivəsində qarşılaşır-qarşılaşsın, azarkeşlər maraqlı, nəfəskəsən mübarizəyə şahid olacağına əmindi.

Bu gün də bizi bu duelin növbəti pərdəsi gözləyir. Saat 19.30-da Elçin Məsiyev ölkə futbolunun iki nəhəngini meydana çağıracaq. Bəli, 56 xala malik “Qarabağ” 10 xal geri qaldığı “Sabah”ı qəbul edəcək. Çempionun kimliyini müəyyənləşdirmək baxımından çox önəmli oyundu. Komandalar bu günə qədər çempionatda 29 dəfə üz-üzə gəlib. Bunların 15-də “Qarabağ”, 3-də “Sabah” qələbəyə sevinib, 11 oyunda qalib müəyylənləşməyib. Başqa bir maraqlı məqam odu ki, “köhlən atlar” ölkə kuboku qarışıq son 8 oyunda “bayquşlar”a qalib gələ bilməyib.

Ölkə çempionatındakı bütün duellər:
29.09.2018 Sabah (Bakı) - Qarabağ (Ağdam) 0:2 
24.11.2018 Qarabağ (Ağdam) - Sabah (Bakı) 1:1 
23.02.2019 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:1 
13.04.2019 Qarabağ (Ağdam) - Sabah (Bakı) 3:0 
06.10.2019 Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 
02.12.2019 Sabah (Bakı) - Qarabağ (Ağdam) 0:1 
29.02.2020 Qarabağ (Ağdam) - Sabah (Bakı) 0:0 
22.08.2020 Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 
21.01.2021 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:2 
13.03.2021 Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 
09.05.2021 Sabah (Bakı) - Qarabağ (Ağdam) 0:4 
17.10.2021 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:2 
04.12.2021 Qarabağ (Ağdam) - Sabah (Bakı) 5:1 
12.03.2022 Sabah (Bakı) - Qarabağ (Ağdam) 0:1 
03.05.2022 Qarabağ (Ağdam) - Sabah (Bakı) 1:1 
11.09.2022 Qarabağ (Ağdam) - Sabah (Bakı) 4:3 
13.11.2022 Sabah (Bakı) - Qarabağ (Ağdam) 0:0 
11.02.2023 Qarabağ (Ağdam) - Sabah (Bakı) 1:1 
16.04.2023 Sabah (Bakı) - Qarabağ (Ağdam) 2:1 
17.09.2023 Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 
24.11.2023 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:2 
11.02.2024 Qarabağ (Ağdam) - Sabah (Bakı) 3:3 
14.04.2024 Sabah (Bakı) - Qarabağ (Ağdam) 3:2 
29.09.2024 Qarabağ (Ağdam) - Sabah (Bakı) 3:2 
07.12.2024 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:1 
22.02.2025 Qarabağ (Ağdam) - Sabah (Bakı) 1:1 
27.04.2025 Sabah (Bakı) - Qarabağ (Ağdam) 1:1 
18.12.2025 Sabah (Bakı) - Qarabağ (Ağdam) 2:1 
01.03.2026 Qarabağ (Ağdam) - Sabah (Bakı) 3:3 

“Qarabağ” 15 ev oyununun 8-də qələbə qazanıb, 7 dəfə heç-heçə ilə kifayətlənib. Yəni “Sabah” indiyə qədər “Qarabağ”la səfər oyunundan 3 xalla ayrılmayıb. Valdas Dambrauskasın komandası, nəhayət, bu dəfə tilsimi qırmaq niyyətindədi. 
Bu komandalar arasındakı son 9 oyunda qarşılıqlı qolların şahidi olmuşuq.

Komandaların ulduzları 
“Qarabağ”da “Sabah”dakı kimi parlaq ulduz yoxdu. Uzun müddət komandanın lideri Abdulla Zubir idi. Amma bu mövsüm o da alışdığımız Zubir deyil. Abdullanı da qınamaq olmaz. Yaş o yaş deyil ki, hər oyunun taleyini həll etsin. Hazırda “köhlən atlar”ın “çaparı”, yəqin ki, Kadi Borgesdi. Meydanda liderliyini ortaya qoyur, futbolçular səhv edərkən motivasiya verir, ruhdan düşməyə qoymur. Kamilo Duran əsas qol silahı olsa da, yığmaya dəvət ətrafındakı qalmaqaldan sonra onda da forma düşkünlüyü müşahidə olunur. 

“Sabah”ın lideri hazırda Coy-Lens Mikelsdi. Bu mövsümdəki məhsuldarlığı ağlasığmazdı. Çempionatda 21 oyunda meydanda olub, 18 qol vurub, 6 məhsuldar ötürmə verib. Kubokda isə 4 oyun, 2 qol, 1 məhsuldar ötürmə. Avrokubokları da nəzərə alsaq, bu mövsüm 30 oyunda 34 qolda birbaşa iştirak edib - 26 qol, 8 ötürməsi. Fantastik nəticədi. Hücum xəttinin dirəyidi. Həm vinger, həm də forvard kimi olduqca effektli oyun göstərir.
“Qarabağ”da heç bir itki yoxdu. “Sabah”da isə yarımmüdafiənin dayağı, komandanın ən yaxşılarından Umarali Roxmanaliyev cəzalı duruma düşüb. Özbək futbolçu sarı vərəqə limitinə görə bu oyunu buraxacaq. 

Azarkeş marağı 
Bu komandaların son iki oyununda iki rekord qırılıb. Söhbət azarkeş rekordundan gedir. Son oyunu “Bəhramov”da 21 min tamaşaçı canlı izləmişdi. Şənbə günü həmin rekord növbəti dəfə yenilənə bilər. Bunun üçün hər iki klub böyük addımlar atır. “Qarabağ” xanımlara və komandanın forması ilə stadiona gələnlərə pulsuz bilet verəcək. “Sabah” isə 3 min bilet alıb, azarkeşləri üçün avtobus ayırıb. Yəqin ki, öz cibindən də pul verib, stadiona gələn “Sabah” azarkeşi olacaq. 

Mütəxəssis fikri 
Oyunla bağlı bu iki komandanı yaxşı tanıyan, onlara qarşı dəfələrlə oynayan Elmar Baxşıyevin fikrini öyrəndik. O da bu oyunun böyük ölçüdə həlledici ola biləcəyini dedi:

“Faiz nisbəti ilə hansı komandanın qalib gələcəyini demək çətindi. Çempionatın sonuna yaxınlaşdığımız üçün bu qarşılaşmanı final kimi də adlandırmaq olar. “Qarabağ”ın qələbəsi çempionatdakı intriqanı saxlayacaq. “Sabah” qələbə qazanacağı təqdirdə işlər başqa ola bilər - “bayquşlar” çempionluğa bir qədər də yaxınlaşacaq. Bu komandalar arasında keçirilən hər üç oyun dramatik alınıb. Bu oyunda da kimin üstün olacağını təxmin etmək çətin görünür. Belə oyunlarda ani səhv bir komandanı geri sala, rəqibə üstünlük verə bilər. Sona 6 tur qalıb, xal fərqi çox görünür. Amma qazanılan üstünlük hər an itirilər bilər. “Sabah” da “Qarabağ”ın gücünə bələddi. İnanmıram ki, son oyunlara laqeyd yanaşsın. Güclü olan qalib gəlsin”. 

Yekun 
Heç şübhəsiz, bu oyun da hansısa nüanslarına görə tarixə düşəcək. “Qarabağ”la “Sabah” kubokda da üz-üzə gələcək. Bu mövsüm 5 dəfə bu komandaların duelini izləmək azarkeşlərə ancaq zövq verə bilər. İstənilən halda, qazanan Azərbaycan futboludu. Belə intriqaya, dinamik mübarizəyə çoxdan həsrət idik. 

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-05-2022, 15:0

Azərbaycan derbisi rəqəmlərin gözü ilə

Premyer-liqa

2-02-2023, 15:0

Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə

Ölkə futbolu

27-04-2025, 23:0

Ardıcıl 4-cü, tarixdə 12-ci

Ölkə futbolu / Manşet

30-05-2025, 19:0

“Qarabağ” “Sabah”la oyunlarda hesabı açır, amma...

Ölkə futbolu / Manşet

18-04-2026, 14:0

“Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...

Ölkə futbolu

2-06-2025, 10:0

Ölkə kubokunun 10-cu sahibi

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə