Cüdoçumuz Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib. Beləliklə, Tçkayev yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarışa aprelin 19-da yekun vurulacaq.