“Vilyarreal” təcrübəli futbolçusu Raul Albiolla müqaviləni yeniləyib. Bu məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. Albiol “Vilyarreal”da 2019-cu ildən çıxış edir. İspaniya millisinin sabiq oyunçusu daha əvvəl “Valensiya”, “Xetafe”, “Real” və “Napoli”də oynayıb. Raul bu mövsüm La Liqanın 25 oyununda iştirak edib.
Yaş amili Albiola mane olmadı
Dünya futbolu



