Bir müddət əvvəl Xoakin Sançesin karyerasını davam etdirəcəyi məlum olmuşdu.
“Betis” kapitanı ilə müqaviləni yeniləyib.
İspaniya klubunun rəsmi saytının xəbərində 41 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddətinin 2023-cü ilin iyununa qədər nəzərdə tutulduğu bildirilib. Qeyd edək ki, İspaniya millisinin sabiq oyunçusu “Betis”in yetirməsidi. Vaxtilə “Valensiya”, “Malaqa” və “Fiorentina”da da çıxış edən Sançes doğma klubuna 2015-ci ildə qayıdıb.