Mediada yayılan xəbərlərə görə, "İrəvan" növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək. Qərbi Azərbaycanın paytaxtı ilə eyni adı daşıyan klub AFFA və PFL-dən müsbət cavab alıb. Deyilənə görə, klub ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Məsələnin nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün arenanın mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq:"Bəli, informasiya doğrudu. "İrəvan"la bu istiqamətdə görüşümüz olub. Onların 1-ci diviziondakı oyunlarını bizim ehtiyat meydanımızda keçirmələrinə müsbət yanaşmışıq. Amma hələ ki ortada rəsmi müqavilə yoxdu. "İrəvan" qətiyyətli olsa, 1-ci divizion matçlarını bizim ehtiyat meydanda keçirə bilər. Bu məsələ ilə bağlı danışıqlarımız aylar öncə olub".
İLKİN SULTANLI