Millinin BOS-da məşqi olacaq

2.03.2023 18:51 334
Yığma / Manşet
Martda milli komandamız iki rəsmi oyun keçirəcək.

“Football-plus.az” xəbər verir ki, Canni de Byazinin komandası martın 24-də Avstriyanın, 27-də isə İsveçin qonağı olacaq. Yığma bundan öncə Bakıda toplanış keçəcək. Martın 17-də isə Bakı Olimpiya Stadionunda millinin məşqçi olacaq.

Məlumatın doğru olub-olmadığını öyrənmək üçün arenanın mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadəyə müraciət etdik:

"Bizə belə bir müraciət daxil olub. Həmişə Azərbaycan idmanının yanındayıq. Ümid edirik ki, millimiz martdakı 2 rəsmi qarşılaşmada uğurlu nəticələr əldə edəcək. Komandanın çətin səfər matçlarından xallarla dönməsini arzu edirik".

İLKİN SULTANLI