Komanda bu gün 25-ci turda “Sabah”dan 1 xal alsa, çempionatda qızıl medalları təmin edəcək. Belə xoş məqamlar yaşandığı zamanda Əmrah Çəlikəl ortalıqda görünmür. İdman direktoru komandanın oyunlarına gəlmir. Redaksiyamıza bununla bağlı informasiya daxil olub. Deyilənə görə, Ağdam təmsilçisi rəsmisinin səhhətində problem var. O, uzun müddətdi müalicə olunur. Bu səbəbdən də “Qarabağ”ın oyunlarını stadiondan izləyə bilmir.
İnformasiyanın dəqiqləşdirmək üçün “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi xəbərin doğru olduğunu təsdiqlədi :
“Bəli, Əmrah bəyin səhhətində problemlər var idi. Məhz bu səbəbdən oyunlarda iştirak etmirdi. Türkiyədə əməliyyat olunmuşdu. Amma şükürlər olsun ki, hər şey geridə qalıb. Tezliklə Azərbaycana qayıdacaq. Həftəsonu Bakıda olacaq. İnşallah, komandanın növbəti oyunlarında Əmrah bəyi stadionda görə biləcəksiz”.
İLKİN SULTANLI




