• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” “Liverpul”un tarixini ləkələdi - REPORTAJ

Çempionlar Liqası

23-02-2023, 18:0

Ötən mövsüm Çempionlar Liqasının finalında qarşılaşan komandalar bu dəfə pley-offun erkən mərhələsində üz-üzə gəldi.

Football-plus.az xəbər verir ki, onların daxili arenada vəziyyəti fərqlidi. Mövsümü uğursuz keçirən “Liverpul” 8-ci yerdə qərarlaşıb, “Real” isə 2-ci yerdə olsa da, “Barselona”dan 8 xal geri qalır. Son oyunlara gəlincə, “qırmızılar” “Everton”la “Nyukasl”ı məğlub etməklə uğurlu seriya yaxalamışdı, “Real” da klub dünya çempionatındakı qələbənin ardından “Elçe” ilə “Osasuna”nın öhdəsindən gəlmişdi. Xatırıladaq ki, “Real” ÇL-in son finalında “Liverpul”u Vinisiusun yeganə qolu ilə məğlub etmişdi. Bir qədər irəli gedib qeyd edək ki, braziliyalı vinger bu oyunun da əsas qəhrəmanı oldu. İtkilərə gəlincə, “Liverpul”dan Arturla Dias, “Real”dan Mendi ilə Çuameni zədəli idi.

Meydan sahibləri oyuna intensiv pressinqlə başladı. Belə amansız təzyiq artıq 3-cü dəqiqədə nəticə verə bilərdi. Üç oyunçu “Real”ın cərimə meydançasına şığıdı, ancaq Nunyes zərbə vurmağı bacarmadı. Qonaqlar əks-hücuma belə keçə bilmədi. Salah cağ cinahdan cərimə meydançasına ötürmə verdi, müdafiəçinin arxasından sıçrayan Nunyes daban zərbəsi ilə hesabı açdı. “Liverpul” qoldan sonra öz qapısına sıxılmadı. Qarşılıqlı hücumlar davam edirdi. 11-ci dəqiqədə Rodriqo zərbə mövqeyinə çıxsa da, müdafiəçilər onun qarşısını aldı. Tezliklə bəxt Salahın üzünə güldü. Karvaxalın ötürdüyü topu ram etməyə çalışan Kurtuanın yöndəmsiz hərəkəti misirlinin topu ələ keçirməsinə və fərqi artırmasına səbəb oldu. Ümumiyyətlə, ya meydanın ot örtüyü, ya da butslar ilə bağlı problem var idi; futbolçular tez-tez sürüşür, gözlənilmədən yerdə qalırdılar. Hərçənd bu məqam Kurtuanın səhvinə haqq qazandırmır – belçikalı qapıçı sürüşmədi, sadəcə, dizi ilə topu pis ram etdi. “Real” fəallaşmağa çalışsa da, belə biabırçı startdan sonra nə edəcəyini bilmirdi. “Liverpul” isə pressinq sayəsində rəqibi öz qapısından uzaq tutmağa çalışırdı. Ancaq tezliklə “qırmızılar”ın özünəinamına da ciddi zərbə dəydi. Vinisius cərimə meydançasının küncündən uzaq dirəyə doğru gözəl zərbə vurdu. Alisson bu zərbəyə hazır deyildi. Beləcə madridlilər oyuna döndü. Bundan sonra komandalar daha ehtiyatlı davranmağa başladı. “Liverpul” yenə böyük qüvvə ilə hücuma keçməyə çalışsa da, əvvəlki qədər inadkar deyildi. 36-cı dəqiqədə oyunun bütün sonrakı axarına təsir göstərən epizod yaşandı. Qomesin adi bir ötürməsini qəbul edən Alisson sirk ustaları kimi fokus göstərmək eşqinə düşdü, daha dəqiqi, topu Vinisiusa vurdu ki, braziliyalıdan səkən top da tora düşdü. Bir oyunda iki belə kobud qapıçı səhvi, sadəcə, inanılmazdı! Hissənin sonunda “Liverpul” perspektivli cərimə zərbəsi qazandı. Aleksander-Arnoldun zərbəsini Kurtua dəf etdi və dərhal da komandasının əks-hücumunu başlatdı. Vinisiusun qapı önünə asmasını Rodriqo tamamlamağa çalışdığı anda Robertson onu qabaqladı.

2-ci hissəyə qonaqlar fəal başladı. Vinisius yenə sevimli cinahından irəli şığıdı, Qomes onu kobudluqla dayandırdı. Modriçin cərimə meydançasına asmasını tam nəzarətsiz qalan Militao tamamladı. “Liverpul” bir neçə dəqiqə şokda olsa da, tezliklə özünə gəldi. Qonaqların cərimə meydançasına asmaya Nunyes yetişə bilmədi. Ekrandan görünən mənzərə belə idi ki, Karvaxal da onu itələyir. Ancaq hakimlər bu epizoda müdaxilə etmədi. 55-ci dəqiqədə “Real”ın əks-hücumu zamanı Benzema qapıya zərbə vurdu, oyunu çox inamsız keçirən Qomesdən səkən top Alissonu da çaşdırıb tora daxil oldu – 2:4. “Qırmızılar” bəlkə də belə aqibəti haqq etmirdi, sadəcə, bəxtsizliklər üst-üstə gəldi. Rəqibin 4-cü qolundan sonra sanki “Liverpul” oyundan qopdu. Özünəinam qazanan qonaqlar isə hücumları davam etdirirdilər. Maraqlıdı ki, Klopp 64-cü dəqiqəyə qədər oyuna müdaxilə etməyi lazım bilmədi. Əslində Jota ilə Firminonun meydana çıxması da oyunun axarını dəyişmədi. Növbəti qol da “Liverpul”un qapısına vuruldu. Meydanın mərkəzində Fabinyo topu itirdi, Bayçetiçi arxada qoyan Modriç hücuma Vinisiusu, braziliyalı da Benzemanı qoşdu. O isə qapıçını da işsiz qoyub hesabı darmadağın həddinə çatdırdı. Artıq meydan sahibləri hədsiz sönük oynayır, rəqibi heç bir epizodda qabaqlaya bilmirdilər. Kloppun Milnerlə Matipi mübarizəyə qoşmasının da faydası olmadı. Əvvəlki kimi yenə də oyunun axarına qonaqlar nəzarət edirdilər. Ayrı-ayrı epizodlarda qarşılıqlı penalti tələbləri də oldu. Ancaq 5:2 hesabı dəyişmədi. Bu isə o deməkdi ki, “Real” növbəti mərhələyə çox yaxındı. “Liverpul”u indi yalnız möcüzə xilas edə bilər ki, “Real” da belə möcüzələrə imkan yaradan komandaya qətiyyən oxşamır.

Faktlar
* Bayçetiç “Liverpul”un Çempionlar Liqasındakı rekordunu qırdı. “Real”ı qarşı ilk dəqiqələrdən oynayan yarımmüdafiəçi klub tarixinə bu turnir çərçivəsində start heyətində görünən ən gənc futbolçu kimi düşdü. Oyun günü Stefan 18 yaş 122 günlük idi.
* Salah “Liverpul”un heyətində avrokuboklarda qol sayına görə indiyə qədər Cerrarda məxsus olan rekordu yenilədi. Misirli hücumçu “qırmızılar”ın heyətində avrokuboklardakı 42-ci qolunu vurmaqla Cerrardı (41) arxada qoydu. Salah qolla yanaşı, məhsuldar ötürmə də verdi. Bu isə o deməkdi ki, misirli 13 məhsuldar ötürmə ilə “Liverpul”un bu göstəricidə Çempionlar Liqasındakı rekordçusu oldu.
* Salah Çempionlar Liqasında 44-cü qolu vurmaqla Didye Droqbanın afrikalı oyunçular üçün müəyyənləşdirdiyi rekordu təkrarladı. Amma Salah qitənin əsas klub turnirində 78, Droqba isə 92 oyun keçirib.
* “Liverpul” 5 qol buraxmaqla avrokuboklarda yeni klub antirekordu müəyyənləşdirdi. Komanda indiyə qədər qitə turnirləri çərçivəsində keçirdiyi heç bir ev oyununda bu qədər çox top buraxmamışdı. “Qırmızılar” nəinki 5, heç 4 top da buraxmamışdılar. Yeri gəlmişkən, “Liverpul” 21-ci əsrdə 3-cü dəfə “Enfild”də öz qapısında ən azı 5 top gördü. Bu əsrdə yalnız bir komanda “Liverpul”un qapısından səfərdə 5 və daha artıq top keçirmişdi. Bunu 2007-də (6:3) və 2019-da (5:5) “Arsenal” bacarmışdı.
* “Liverpul” 14 ildi “Real”a qalib gələ bimir. Madridlilər ardıcıl 7-ci oyunda da bu komandaya uduzmadı – 6 qələbə və heç-heçə. Bu oyunların ümumi hesabı 16:4 olub. “Qırmızılar” bu seriyaya qədər ardıcıl üç oyunda madridliləri məğlub etmişdi. Bu qələbələrdən sonuncusu (4:0) 2019-un martında qeydə alınıb. Bundan başqa, “Liverpul” ardıcıl üç oyundu evdə “Real”a qalib gələ bilmir – 2019-dan bəri iki məğlubiyyət və he-heçə.
* Klopp “Real”a qarşı keçirdiyi son 5 oyunun dördündə uduzub. Almaniyalı məşqçi 2014-ün aprelindən bəri madridlilərlə bacarmır – onda Dortmund “Borussiya”sı ilə sevinmişdi (2:0). Klopp həmin vaxtdan bəri “Real”a ikisi Çempionlar Liqasının finalında olmaqla 4 dəfə uduzub (1:3, 1:3, 0:1, 2:5), həmçinin bir dəfə heç-heçə edib (0:0). “Real”ın çalışdırıcısı Ançelottiyə gəlincə, o ardıcıl üç oyunda Kloppu məğlub edib (bu oyundan və ÇL-in finalından başqa “Everton”la da premyer-liqada 2:0 hesablı qələbə qazanıb). Bu mütəxəssislərin duellərinin ümumi statistikası belədi: italiyalı 6, almaniyalı 3 qələbə qazanıb, daha 3 oyun heç-heçə bitib.
* “Liverpul” ötən ilin payızından bəri ilk dəfə evdə uduzdu. Sonuncu ev məğlubiyyəti oktyabrın 29-da qeydə alınmışdı (“Lids” – 1:2). Komanda həmin vaxtdan bəri keçirdiyi 7 ev oyununun 4-də qələbə qazanmış, 3-də heç-heçə etmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-05-2022, 23:0

"Avropanın bütün klubları "Real"dan qorxur, "Real" isə..."

Çempionlar Liqası

5-05-2022, 01:0

"Real" Çempionlar Liqasının finalında "Liverpul"a rəqib oldu

Dünya futbolu

4-05-2022, 18:0

"Vilyareal"la oyun "Liverpul" üçün əlamətdar oldu

Çempionlar Liqası

29-05-2022, 01:0

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ

Dünya futbolu

18-05-2022, 12:0

İngilis mütəxəssis "Liverpul"un "Real"dan güclü olduğunu düşünür

Dünya futbolu

31-05-2022, 19:0

“Goal” mövsümün rəmzi komandasını açıqladı

Aktual
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
Son xəbərlər
  • Bu gün, 21:51
    Norveç hesabı açdı - DÇ gecəsi
  • Bu gün, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Bu gün, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Bu gün, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Bu gün, 19:32
    Fransa yığması başsız qaldı
  • Bu gün, 18:54
    Madriddən Londona üz tutacaq
  • Bu gün, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Bu gün, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Bu gün, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Bu gün, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Bu gün, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Bu gün, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Bu gün, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Bu gün, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Bu gün, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Bu gün, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Bu gün, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Bu gün, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Bu gün, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Bu gün, 13:28
    Afrika rekordu yeniləndi
  • Bu gün, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Bu gün, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Bu gün, 12:00
    Dünya çempionatında yeni rekord
  • Bu gün, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Bu gün, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Bu gün, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
  • Bu gün, 10:40
    Milli komandada məşqçi-futbolçu qarşıdurması
  • Bu gün, 10:00
    Uğursuzluğa dözmədi
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 242
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 233
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə