“Çelsi”də mövsümün sonunda kütləvi ayrılıq gözlənilir.
"Football-plus.az" xəbər verir ki, London klubunu azı 10 oyunçu tərk edəcək. Artıq hücumçu Pyer-Emerik Obameyanqın yayda komandadan ayrılacağı dəqiqləşib. Hakim Ziyeş, Kistian Pulişiç, Kay Haverts, Eduar Mendi, Meyson Maunt, Mateo Kovaçiç, Ruben Loftus-Çik, Konnor Qallaxer, Trevo Çaloba və Denis Zakariyanın da göy forma ilə vidaaşmaq ehtimalı çoxdu. “İnter”in Romelu Lukakunu növbəti mövsüm üçün də icarəyə götürüb-götürməyəcəyi hələ bəlli deyil.