"Çelsi" Obameyanq üçün son təklifini etdi

23.08.2022 23:50 336
Dünya futbolu
"Çelsi" "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq üçün son təklifini edib.

Football-plus.az
xəbər verir ki, London klubu qabonlunun keçidinə 20 milyon avro verməyə hazırdı. Əvvəlki ilə müqayisədə yeni təklifdə bonuslar yoxdu.

Forvard 2022-ci ilin yanvarında "Arsenal"la müqaviləsi bitdikdən sonra azad agent kimi "Barselona"ya keçib. 33 yaşlı hücumçunun kataloniyalılarla hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.