"Çelsi" Obameyanqa təklif göndərəcək

19.08.2022 18:40 435
Dünya futbolu
"Çelsi" Pyer-Emerik Obameyanq üçün "Barselona"ya rəsmi təklif göndərməyə hazırdı.

Football-plus.az
xəbər verir ki, London klubu qabonlu forvardı istəyir. "Zadəganlar" onun üçün kataloniyalılara 19 milyon avro və 5 milyon bonus təklif edəcək. Həmçinin, "Çelsi" və Obameyanq müqavilənin şəxsi şərtləri ilə bağlı artıq razılığa gəliblər.

Londonlularla razılaşmaya əsasən, hücumçunun maaşı onun "Barselona"dakı qazancı ilə müqayisədə iki dəfə artacaq.