Şimali və Mərkəzi Amerikada (KONKAKAF) Millətlər Liqasının (ML) həlledici oyunlarının məkanı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Final turniri ABŞ-də keçiriləcək.
ML-in ikinci mövsümünün mükafatçıları Las Veqasda bilinəcək. Yarımfinal, final və 3-cü yer uğrunda oyunlar bu şəhərdə keçiriləcək. Final mərhələsi iyunun 15-18-də təşkil ediləcək.
Həlledici matçlara “Las Veqas Reyders” Amerika futbolu klubunun rəqiblərini qəbul etdiyi 65 min yerlik “Alecent” stadionu səhnə olacaq.