Kubokun finalının məkanı bəlli oldu - RƏSMİ

3.05.2022 18:44 713
Ölkə kuboku / Manşet
Azərbaycan Kubokunda 2021/22 mövsümünün final görüşünün məkanı müəyyənləşib.

"Football-plus.az" saytının məlumatına görə, bu informasiyanı PFL-in rəsmi saytı yayıb.

“Qarabağ” və “Zirə” arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda reallaşacaq.

Qarşılaşma mayın 27-də, saat 19.00-da başlayacaq. Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də, saat 12.00-da AFFA-nın inzibati binasında hər iki komanda və PFL nümayəndələrinin iştirakı ilə keçiriləcək.