Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.
“Football-plus.az” xəbər verir ki, 28 yaşlı voleybolçunun şərəfini qoruduğu “Luqoy” üçüncü yeri tutub.
Adıçəkilən komanda üçüncülük uğrunda Buxarest “Rapid”i ilə qarşılaşıb. Hər üç görüşdə rəqibini məğlub edən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına yiyələnib.
Qeyd edək ki, Azərbaycan çempionu olan “Rabitə”nin sabiq voleybolçusu 2022-ci ildən “Luqoy”un formasını geyinir.