Yığmamız Avropa üçüncüsü oldu

6.06.2022 10:50 393
Yığma
Yunanıstanın Heraklion şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, yarışın son günündə komanda yarışı baş tutub.

Kişilərdən ibarət Azərbaycan millisi qitə çempionatının bürünc medalını qazanıb.

Azərbaycanın veteran cüdoçuları fərdi yarışlarda 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Bununla ölkəmiz ümumkomanda hesabında birinci yeri tutub.